• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir və xanımı açılışda - Fotolar

Nazir və xanımı açılışda - Fotolar
17.04.2015 23:41
Aprelin 17-də Milli İncəsənət Muzeyində tanınmış rəssam, heykəltəraş, arxitektor Tamara Kvesitadzenin fərdi sərgisi açılıb. Sərgi "Kukla” Art-qalereyası, Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xanımı da iştirak edib. 


Azərtac-ın xəbərinə görə, Əbülfəs Qarayev qonaqları salamlayaraq qeyd edib ki, gürcü rəssamın ilk fərdi sərgisi "Kukla” Art-qalereyasının ikiilliyinə həsr olunub:

"Onun əsərlərində kinetik heykəllər xüsusi maraq doğurur. Sənətkarın Qurban Səidin məşhur romanının qəhrəmanları şərəfinə "Əli və Nino” adlandırılmış heykəli iki ölkə arasında dostluq və məhəbbət rəmzinə çevrilib”.

Tamara Kvesitadze isə Bakını çox sevdiyini bildirib:

"Mən ilk dəfə Bakını görərkən başa düşdüm ki, buraya yenə qayıdacağam. Bakı ideyalarımı təcəssüm etdirmək üçün çox gözəl yerdir. Mən məhz Bakı üçün həm akvarel, həm heykəltəraşlıq əsərləri, həm də kiçik heykəllərdən ibarət qarışıq sərgi hazırlamışam. İstəyirəm ki, bu sərgi mənim dostlarıma salamım olsun”.

Sərgidə sənətkarın yeni işləri təqdim edilib. Onlardan bəziləri məxsusi "Kukla” qalereyası üçün hazırlanıb: "Qadın və Mələk”, "Oxatan”, "Qırmızı və mavi”, "Balerina” və sair. Sərgi aprelin 30-dək nümayiş olunacaq.
 







www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol