• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti harada dəfn olunacaq?

Xalq artisti harada dəfn olunacaq?
18.04.2015 14:38
Ramiz Mirişlinin cənazəsi vidadan sonra birinci Fəxri Xiyabana gətiriləcək

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişlilə vida mərasimi bu gün saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə məlumat verilib.

Verilən məlumata görə, vida mərasimindən sonra xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, dünən axşam saatlarında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da vəfat edib. Ölümündən bir gün öncə tanınmış bəstəkarın 81 yaşı tamam olub.

R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.

O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. R. Mirişli 20 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol