• $
  • €
  • ₽
  • ₺
  • £

2015-ci ildə çəkiləcək Azərbaycan filmləri

2015-ci ildə çəkiləcək Azərbaycan filmləri
18.04.2015 18:32
Çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlər bunlardır

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bu il Azərbaycanda bir neçə irimetrajlı filmin çəkilişi tamamlanacaq. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bundan əlavə, 2015-ci ildə daha bir neçə filmin çəkilişinə start veriləcək. 

Qeyd edək ki, nazirliyin xətti ilə hasil olacaq filmlərin çəkilişləri hələ də davam edir. "2015-ci ildə çəkilişləri davam edən və bu il ekranlara çıxacaq filmlər bunlardır:

1)"Əsgərin şücaəti" - ssenari müəllifi Yavər Rzayev, Konstantin Vorobyov, quruluşcu rejissoru Elxan Cəfərovdur. Filmdə Qarabağ müharibəsi ilə İkinci Dünya Müharibəsində baş verən hadisələr sintez edilib.

2)"Qırmızı bağ" - Azərbaycan və Rusiyanın birgə çəkdiyi filmdir. Rejissoru və ssenari müəllifi Mirbala Səlimlidir. Bu filmin çəkilişləri də bu il başa çatdırılacaq.

3)Hazırda istehsalına başlanan isə "Dünyanı sənlə anlamaq" filmidir. Ssenari müəllifi İmir Məmmədli, quruluşçu rejissor Mirsadıq Ağazadədir. Lirik komediya janrında olacaq. Azərbaycanlı gənclə gürcü qızının çox qəribə şəkildə cərəyan edən sevgi münasibətlərindən bəhs edir.

4)Yavər Rzayev Çingiz Abdullayevlə birgə yazdığı ssenari əsasında "Xeyirlə şərin rəqsi" adlı dedektiv filmin çəkilişinə başlayıb. Çingiz Abdullayevin məşhur Dronqo romanlarından biri - "Quba kapriççosu" əsasında çəkiləcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol