• $
  • €
  • ₽
  • ₺
  • £

Qara Qarayev "VI Müasir Musiqi Festivalı" başladı

Qara Qarayev "VI Müasir Musiqi Festivalı" başladı
20.04.2015 10:59
Aprelin 20-25-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Festival çərçivəsində aprelin 20-də Qara Qarayev adına 8 saylı uşaq musiqi məktəbində ustad dərsləri, saat 19:00-da isə Azərbaycan Dövlət Filarmoniyasında Festivalın açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində aprelin 21-i saat 12:00-da Muzey Mərkəzində Marianna Visotskayanın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da kamera və orqan musiqisi zalında Laut Käfig ətrafında proqram, aprelin 22-si saat 12:00-da Muzey Mərkəzində Tstiana Tsaregradskaianın təqdimatında mühazirə və operaya baxış, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Stories of Love" adlı multimedial layihənin təqdimatı, aprelin 23-ü saat 12:00-da Muzey Mərkəzində "XX-XXI əsrlərin vokal musiqisinin nəzəri problemləri" mövzusunda elmi-nəzəri konfrans, saat 19:00-da Gən Tamaşaçılar Teatrında multimedial opera proqramı keçiriləcək.

Aprelin 24-də Beynəlxalq Muğam Mərkəzində "Sevgi hekayətləri” layihəsi təqdim olunacaq.

Festivalın yekun konserti aprelin 25-də Azərbaycan Dövlət Filarmoniyasında olacaq. "Xütbə, Dua, Daşqın – Təzadlar?!” ideyalarını birləşdirən bu konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın "Questa musica” ansamblı çıxış edəcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol