• $
  • €
  • ₽
  • ₺
  • £

Elnur Hüseynov: “Tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”

Elnur Hüseynov: “Tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”
20.04.2015 12:21
"Mən bu ilki Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”. 

Bunu  Eurovision-2015 Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Elnur Hüseynov Türkiyənin TV8 kanalında yayımlanan "Aramızda kalmasın” proqramına müsahibəsində deyib. 

Elnur Hüseynov deyib ki, bu ilki yarışmada Türkiyə iştirak etməyəcək:

"Məndə belə bir hissiyat var ki, bu ilki Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”. 

Müğənni müsabiqədə oxuyacağı "Hour Of The Wolf” ("Qurdun zamanı”) mahnısının insanların, heyvanların öldürülməsinə qarşı olduğunu, dünyadakı problemlərdən bəhs etdiyini deyib. 

"MİLYONUM DA OLSA BELƏ GEYİNƏCƏYƏM”

Jurnalist  Elnur Hüseynova niyə yırtıq cins geyməsi, saqqalının rəngi haqqında da suallar verib: 

- "O Ses Türkiyədən pulunu aldın? Bu nə vəziyyətdir, yırtıq-filan…
-  Məndə bir milyonlar da olsa belə geyinəcəyəm. Çünki mən parlaq şeyləri sevmirəm. 
-  Amma bu çox yırtıqdır.
-  Çünki hava istidir.   
-  Saqqalının rəngi orijinaldır?
-  Orijinaldır. Allah vergisi.
-  Saç tünd, saqqal açıq.. Ailədə kimə bənzəmisiniz?
-  Mən atamın anasına çox bənzəyirəm. 

Elnur Hüseynov  "O Ses Türkiye” yarışmasının qalibi olandan sonra küçədə adamların ona olan marağının artdığını da deyib:

"Çox insanlar gəlirlər, "Elnurcuum, sənətçimiz, səni sevirik” deyirlər.
Müğənni "O Ses Türkiye” yarışması haqqında deyib ki, bu yarışmada çoxlu insanlar tanıyıb, dostlar qazanıb. 

Elnur Hüseynov bu ilin fevralında "O ses Türkiye” mahnı yarışmasının qalibi olub. O, may ayında Vyanada keçiriləcək "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək, "Hour Of The Wolf” balladası ilə çıxış edəcək.

Elnur Hüseynov 2008-ci ildə Samir Cavadzadə ilə birgə Azərbaycanı "Eurovision” mahnı yarışmasında təmsil edib, 8-ci olub. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol