• $
  • €
  • ₽
  • ₺
  • £

Qadağan olunmuş film Bakıda nümayiş olunacaq

Qadağan olunmuş film Bakıda nümayiş olunacaq
20.04.2015 16:18
"Addım Gənclər Təşkilatı" Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Fransa səfirliyinin dəstəyi ilə "EkoLogika" layihəsini gerçəkləşdirir. 

ANS PRESS-in məlumatına görə, 22 aprel "Dünya Yer Günü"ndə Bakıda layihə çərçivəsində yekun tədbir və təlimlər baş tutacaq. Təlimlərdə dövlət rəsmilərinin, şirkət nümayəndələrinin, səfirlik əməkdaşlarının, QHT nümayəndələrinin və gənclərin iştirak edəcəyi bağlanış mərasimi olacaq. 

Tədbirdə layihənin promo videosu və məşhur fransız rejisoru Yann Artus Bertrandın "Home" ( Ev) filmi nümayiş olunacaq. Bu film dünyanın 36 ölkəsində qadağan olunsa da, Azərbaycanda rəsmi icazə ilə nümayiş olunur.

"EkoLogika" layihəsi çərçivəsində ilk olaraq 18 apreldə Lənkəran şəhərində "Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlim həyata keçirilib. Təlim Lənkəran şəhərində yerləşən Gənclər mərkəzində həyata keçirildi. Saat 13:00 da başlanan təlimdə 30 gənc iştirak edib. Təlimçi Tofiq Sadıxov mövzu ilə ətraflı məlumat verib, gənclərlə maraqlı müzakirələr apardı. Eyni zamanda layihənin promo videosu nümayiş olundu. 

"Gənclərin Ekoloji problemlərin həlli istiqamətində maarifləndirilməsi və onların bu prosesdə təşəbbüslərinin artırılması” mövzusunda interaktiv təlimdə iştirak etmək istəyən gənclər ADDIM gənclər təşkilatının facebook səhifəsinə və ya [email protected] elektron ünvanına yaza bilərlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol