• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgi

Moskvada “Nasizmə qarşı birlikdə idik” adlı sərgi
29.04.2015 17:25
Faşist Almaniyası üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində "Nasizmə qarşı mübarizədə birlikdə idik" adlı sərgi açılıb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumatda qeyd olunub ki, "Birlikdə Əldə Edilmiş Qələbə" forum çərçivəsində açılan sərgidə Azərbaycan da təmsil olunur. 

Layihəyə əsasən sərginin təşkili üçün SSRİ-nin keçmiş müttəfiq respublikalarına müəyyən sahə ayrılır və sərgiyə dəvət edilən hər bir ölkənin, o cümlədən Azərbaycanın II Dünya müharibəsində rolunu əks etdirən tarixi materiallar təqdim olunur: "Bizim ölkəyə həsr olunan ekspozisiya "Azərbaycanın qızıl ulduzları", "Azərbaycan xalqının Böyük Vətən Müharibəsi illərində qəhrəmanlığı", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" və "416- Taqanroq atıcı diviziyası" adlı hissələrdən ibarətdir. Bununla yanaşı sərgidə Azərbaycanın görkəmli rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun II Dünya müharibəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tairixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilir".

Sərginin açılışında iştirak edən Rusiyanın baş naziri Dmitriy Medvedyev Azərbaycan ekspozisiyası ilə tanış olub. D.Medvedevə Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti, Azərbaycanın görkəmli rəssamları tərəfindən çəkilmiş rəsm əsərləri barədə məlumat verilib. D.Medvedyev Azərbaycanda veteranlara göstərilən diqqət və qayğıya həsr olunan  bölümdə fotolar və "Azərbaycanın qızıl ulduzları" siyahısı ilə tanış olub.
Sərgi zamanı qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi Azərbaycan rəssamlarının II Dünya müharibəsinə həsr etdikləri əsərlərinin kataloqu və CD disklər paylanılıb.

Sərgi oktyabrın 18-dək davam edəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol