• $
  • €
  • ₽
  • ₺
  • £

Əfsanəvi müğənni öldü

Əfsanəvi müğənni öldü
02.05.2015 11:59
R&B və Soul musiqi janrının əfsanəvi ifaçılarından biri həyatla vidalaşıb. 

ANS PRESS-in məlumatına görə, "Stand by Me” mahnısı ilə könüllərdə taxt quran 76 yaşlı məşhur müğənni Ben E. Kinq ötən gün dünyasını dəyişib. 

1950-ci ildə "The Drifters” qrupu ilə musiqi kariyerasına qədəm qoyan və əsl adı Bencamin İrl Nelson olan Ben E Kinq "There Goes My Baby” ve "Save the Last Dance For Me” mahnıları ilə tanınamağa başladı. 

Daha sonra solo kariyeraya başlayan müğənni 1961-ci ildə bəstələdiyi "Stand by Me” mahnısı ilə daha da populyarlaşaraq şöhrətin zirvəsinə qalxdı. 

1980-ci illərdən yenidən gündəmə gələn mahnı İngiltərədəki musiqi çartlarında həftələrlə ilk pillədən enmədi. Eyni adla film də çəkildi. Məşhur mahnı Con Lennon və Spayder Törner tərəfindən kaver versiyada səsləndirildi. Bundan başqa, "Stand by Me” mahnısı XX əsrdə Ameriakının radio və televiziyalarında ən çox göstərilən dördüncü mahnı olaraq tarixə düşüb.

Qeyd edək ki, "Rolling Stone” jurnalının "Bütün dövrlərin ən yaxşı 500 ifaçısı" siyahısında B.Kinqin də adı salınıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol