• $
  • €
  • ₽
  • ₺
  • £

"YUĞ" Teatrında yeni tamaşa

"YUĞ" Teatrında yeni tamaşa
12.05.2015 15:45
Mayın 15-də "YUĞ" Dövlət Teatrında gənc aktyor Kamal Yaşar "Sonluğun sonu" adlanan mono-tamaşasını yenidən tamaşaçılara nümayiş etdirəcək.

"Report" xəbər verir ki, mono-tamaşanın müəllifi Rövşən Ağayevdir.

Bir pərdəli monotamaşanın rejissoru və ifaçısı Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu və rejissorluğu fakultəsinin məzunu Kamal Yaşardır.

Səhnə əsəri yaşlı bir kişinin dramını canlandırır. O, həyat yoldaşını itirib, övladları tərəfindən tərk olunub. Eyni zamanda bütün tanışları, yaxınları tərəfindən də unudulub. Bütün yaşamı dörd divarın arasında olan bu qoca artıq təklikdən dəlilik həddinə çatmaq üzrədir. O, ancaq xatirələrlə, bir zamanlar keçdiyi xoşbəxt günlərin xəyalı ilə yaşayır, evinin hər tərəfindən asdığı həyat yoldaşının şəkilləri ilə danışır. Bütün bunlar belə artıq onu təngə gətirib. Hər şeyin sona yaxınlaşdığını hiss edən qoca öz-özünə bütün etiraflarını edir və nəyi harada səhv etdiyini anlamağa çalışır. Ancaq bunlara da səbri yetmir və beləcə çarəsizlik, çıxılmazlıq girdabında çabalayan qoca "sonluğa” doğru yuvarlanır.
Tamaşanın ilk nümayişi Mədəniyyət və İncəsənət Universitetində olub.
Xatırladaq ki, Kamal Yaşar əməkdar artist Vidadi Həsənovun tələbəsidir.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol