• $
  • €
  • ₽
  • ₺
  • £

“O adda əməkdaşımız yoxdur”- ATV-dən Elnurla bağlı açıqlama

“O adda əməkdaşımız yoxdur”- ATV-dən Elnurla bağlı açıqlama
23.05.2015 23:35
"Azad Azərbaycan” Televiziya Şirkəti özünü həmin kanalın əməkdaşı kimi təqdim edərək "Evrovision” təmsilçimiz Elnur Hüseynova sual verən şəxs haqda açıqlama verib. 


ATV-nin Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu "Qafqazinfo”ya açıqlamasında kanalın Samirə Süleymanova adlı həmin jurnalistlə heç bir əlaqəsinin olmadığını bildirib:

"ATV olaraq bildirmək istəyirik ki, bizim o adda əməkdaşımız yoxdur. Niyə o sualı bizim adımızdan verib, niyə bizim adımızdan istifadə edib bilmirik. Bəlkə də başqa televiziyanın adını çəkmək istəyəb çaşıb, deyə bilmərik. Bizim həmin şəxsin işinə yalnız "Ford Boyard” layihəsi zamanı ehtiyacımız olub. Sözügedən layihə bitəndən sonra isə Samirə Süleymanova ilə heç bir əməkdaşlığımız olmayıb”.

Qeyd edək ki, özünü ATV-nin əməkdaşı kimi təqdim edən Samirə Süleymanova mətbuat konfransında Elnurdan mahnı oxumasını xahiş etmişdi. İfaçı isə Bakıda baş verən yanğın hadisəsini işarə edərək, mahnı oxumaq istəmədiyini vurğulamışdı. 

Bundan sonra sosial şəbəkə istifadəçiləri məhz sualı verən həmin jurnalisti, onun "iş yeri”ni qınaq obyektinə çevirmişdilər. 

Mətbuat konfransından həmin videonu təqdim edirik:
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol