• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsulzadənin üç dildə “Biblioqrafiya”sı nəşr edildi

Rəsulzadənin üç dildə “Biblioqrafiya”sı nəşr edildi
26.05.2015 21:00
Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 97-ci ildönümü ərəfəsində Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin üç dildə (Azərbaycan,Türkiyə türkçəsi və rus) "Biblioqrafiyası” nəşr edilib.Biblioqrafiyanı nəşrə hazırlayan, redaktoru və giriş məqalənin müəllifi, tarix elmləri doktoru, "Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri Nəsiman Yaqubludur.

Kitabın nəşri ilə bağlı N.Yaqublu Modern.az saytına bildirib:

"Azərbaycan Xalq Cümhuriyyətinin banisi və Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadənin üç dildə "Biblioqrafiyası”nın  nəşri XX əsr tariximizin öyrənilməsinə ciddi töhfədir. Qeyd edim ki, bundan əvvəl mənim Azərbaycan və rus dillərində "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitablarım nəşr edilmişdi. Hazırda həmin ensiklopediya Türkiyədə nəşr edilib və Mayın 28-də Ankarada  böyük təqdimat mərasimi olacaq. Çalışacağam ki, bu ensiklopediya və "Biblioqrafiya”nı ingilis dilində də nəşr etdirim və geniş oxucu auditoriyasına çatdırım.

Nəşr edilən "Biblioqrafiya”da M.Ə.Rəsulzadənin 1179 (min yüz yetmiş doqquz) əsərinin siyahısı verilib.Sağlığında O müxtəlif dillərdə və ayrı-ayrı ölkələrdə 27 kitab nəşr etdirib.Uzun illər boyu Avropa dövlətlərinin kitabxanalarında geniş oxucu kütləsi məhz M.Ə.Rəsulzadənin kitablarından və məqalələrindən faydalanıb. Qafqaz,Sovetlər Birliyi,Azərbaycan mövzularını  onun əsərlərinə istinad edib araşdırıblar.

Azərbaycan həqiqətlərinin  dünya ictimaiyyətinə çatdırılmasında bu kitabların və yazıların böyük əhəmiyyəti olub və bu gün də vardır.

Təəsüflə qeyd edirəm ki,bu işlərin görülməsində ciddi maddi sıxıntılarımız və problemlərimiz var. Doğrudur bu işə dəstək verən vicdanlı insanlarımız az da olsa tapılır.

Əksər hallarda isə bu vacib araşdırmaların aparılmasına özümün çox da olmayan məvacibimi sərf etmək məcburiyyətində qalıram.

Bəzi hallarda isə onun mühacirətdəki əsərlərini toplamaq üçün yaşadığı Avropa ölkələrinə  getməklə bağlı  xarici ölkə səfirliklərinə müraciət etmək  zərurəti ortalığa çıxır.İnanıram ki,çox geniş sahələrə maddi vəsait ayıran Azərbaycanda bu dövlətin qurucusunun irsinin toplanılıb nəşr edilməsinə  lazımi şərait yaradılacaq.

Və nəhayət ki,M.Ə.Rəsulzadə irsinin yaşadılması ilə birbaşa məşğul olan bizim "Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”  rəsmi  qeydiyyata alınacaq,onun fəaliyyətinə dövlət dəstəyi olacaq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol