• $
  • €
  • ₽
  • ₺
  • £

"Yüksəliş" sənədli filminin təqdimatı keçirilib

"Yüksəliş" sənədli filminin təqdimatı keçirilib
27.05.2015 21:11
 Nizami Kino Mərkəzində rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçirilib. 

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev filmin Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən birinə həsr olunduğunu bildirib: "İki dəfə Sovet İttifaqı qəhrəmanı adına, müxtəlif ordenlərə layiq görülən Kərim Kərimov haqqında çəkilən bu film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir. Xronometrajı 52 dəqiqə olan film özündə bütöv bir insan həyatını əks etdirir. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə saxlanılan nadir sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə töhfələri, ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb".
Filmin məsləhətçisi akademik Arif Mehdiyev, moskvalı qonaqlar Valentin Lebedev və Natalya Korolyova Kərim Kərimovun həyat və yaradıcılığı, kosmonavtika elminə töhfələrindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, sadə və təvazökar insan olan Kərim Kərimov Azərbaycanı çox sevirdi və Moskvadakı Azərbaycan diasporu ilə əlaqələrini kəsmirdi. O, hər zaman elmə sədaqətlə xidmət edir, yorulmadan çalışırdı. Uçuşlar, müzakirələr və elmi axtarışlardan usanmayan alim dostlarına da vaxt ayırır və hər kəsin problemi ilə maraqlanırdı.
Rejissor, xalq artisti Vasif Babayev sənədli filmin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə fikirlərini bölüşüb. O, həmçinin 1970-1980-ci illərdə Kərim Kərimovla tanışlığı və görkəmli insan haqqında çəkdiyi ilk sənədli filmin tarixçəsi ilə bağlı xatirələrini də danışıb.
Xatırladaq ki, filmin ideya müəllifi və layihə rəhbərlərindən  biri akademik Arif Paşayev və akademik Arif Mehdiyevdir. Film bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Çəkilişlər Moskvada, Bakıda və Baykonurda aparılıb. Ekran əsərinin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol