• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tarixi və mədəniyyətini əks etdirən sərgi

Azərbaycan tarixi və mədəniyyətini əks etdirən sərgi
29.05.2015 10:45
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) nəzdində fəaliyyət göstərən "KOICA Qlobal Kənd”ində İpək yolu ölkələri – Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyətini əks etdirən sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Seuldakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə KOICA-nın prezidenti Kim Yonq-mok, Koreya parlamentinin üzvü Şim Yun-co, bu ölkənin Xarici İşlər Nazirliyinin İnkişaf Əməkdaşlığı Bürosunun (İdarə) baş direktoru Oh Yonqcu və digərləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən rəsmilər bu cür sərgi və təhsil proqramlarının təşkil edilməsinin ölkələrin coğrafi yerləşməsindən, dini mənsubiyyətindən və etiqadından asılı olmayaraq xalqlar arasında biliklərin artırılması, dostluq və mədəni münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni imkanlar yaradacağına əminliklərini bildiriblər.

Sərgi mərkəzində yaradılmış "Azərbaycan pavilyon”unda səfirlik tərəfindən təqdim olunan milli xalça nümunələri və ölkənin qədim xalça sənətinə dair kitablar, musiqi alətləri və milli qeyim nümunələri, miniatürlər və qədim abidələrə dair şəkillər nümayiş etdirilib.

2016-cı ilin iyun ayınadək davam edəcək sərginin keçirilməsinə əsas məqsəd Koreya vətəndaşları və KOICA-nın təlim proqramlarında iştirak edəcək xarici ölkə rəsmiləri və qonaqlarını Azərbaycan, Qırğızıstan və Özbəkistanın tarixi və mədəniyyəti barədə məlumatlandırmaqdır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol