• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Novruzov uzun fasilədən sonra Azərbaycanda tamaşada oynayacaq

Cahangir Novruzov uzun fasilədən sonra Azərbaycanda tamaşada oynayacaq
11.06.2015 12:45
Azərbaycanın teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov uzun fasilədən sonra Akademik Milli Dram Teatrında səhnəyə çıxacaq. 

Bu barədə "Report"a Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib. Onun sözlərinə görə, ötən həftə C.Novruzovla görüşərək müzakirələr aparıblar. İ.İsrafilov deyib ki, bu il Azərbaycan milli teatrının banisi, aktyor, rejissor, mesenat Cahangir Zeynalovun 150 yaşı tamam olur: "Bu münasibətlə nəvə Cahangir baba Cahangirə tamaşa həsr etməyi düşünür. Bu da mənim ürəyimdə olan arzulardan, düşündüyüm ideyalardan biridir".

Direktoru bildirib ki, C.Novruzov Milli Dram Teatrında A.P.Çexovun "Kalxas" əsəri əsasında tamaşa hazırlayacaq: "Bu əsəri səhnəyə qoymaq onun arzularından biridir. Ona "Qu quşunun son nəğməsi" də demək olar. Tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı Cahangir Novruzov özü olacaq. Mən də rejissor kimi dostuma yardım edəcəm. Həmin tamaşanı "Cahangirdən, Cahangirə" devizi altında səhnəyə qoyacağıq".

Onun sözlərinə görə, iyulda C.Novruzov yenidən Bakıya gələcək və tamaşanın ilk məşqləri başlayacaq: ""Kalxas" əsərini Azərbaycan dilinə Cahangirin özü tərcümə edib. Bir sözlə bu tamaşa Cahangirin babasına, anası Nəsibə Zeynalovaya və özünə ən gözəl hədiyyəsi olacaq".

Qeyd edək ki, 20 ildir Türkiyənin Adana şəhərində pedaqoq kimi fəaliyyət göstərən Cahangir Novruzov Adana Çukurova Universitetinin Dövlət Konservatoriyasının professorudur. Ötən il 60 illik yubileyini qeyd edən professor haqqında Türkiyə televiziyası sənədli film çəkəcək. Bu münasibətlə iyulda türk kino xadimləri Bakıya səfər edəcək. Filmdə C.Novruzovun dostları onun haqqında fikirlərini danışacaq, Onun sənət fəaliyyətinin ən maraqlı tərəfləri türk tamaşaçılarına çatdırılacaq. Sənədli filmin çəkilişləri Bakıda, Türkiyədə, Şəkidə və Moskvada aparılacaq.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol