• $
  • €
  • ₽
  • ₺
  • £

Amaliya Pənahova 70 yaşını qeyd edir

Amaliya Pənahova 70 yaşını qeyd edir
15.06.2015 12:40
İyulun 3-də aktrisanın təntənəli yubiley gecəsi keçiriləcək

Aktrisa bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktrisası Amaliya Pənahova yubileyini qeyd edir.

Xalq artisti 70 yaşını dostları və ailə üzvlərinin əhatəsində keçirəcək. Bu barədə "Report"a Amaliya Pənahova bildirib.

"Bu günü dostlarımın, ailə üzvlərimin, məni sevənlərin yanında keçirəcəm. İyulun 3-də isə Heydər Əliyev Sarayında dövlət səviyyəsində təntənəli yubiley gecəmi keçirəcəklər. Hazırda təntənəli mərasimə hazırlıq işləri gedir. Yaradıcılığımda isə yeniliklər çoxdur. Yeni filmə çəkilirəm, gələcək planlarım, arzularım çoxdur".

Xatırladaq ki, Amaliya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan 

Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu ixtisasını bitirib.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

1982-ci ildə ilin aktrisası elan edilib.

İstedadlı aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb. O, 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib.
Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol