Tanınmış rusiyalı müğənni Janna Friske vəfat etdi

Rusiyanın tanınmış müğənnisi Janna Friske 41 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "TASS”a müğənninin atası Vladimir Friske bildirib.
"Janna vəfat etdi, bu həqiqətdir. Bu iyunun 15-də axşam saat 10-da baş verdi”.
Vida mərasiminin harada və nə zaman keçiriləcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, müğənni 2013-cü beyin xərcəngi ilə mübarizə aparırdı.
Bundan əvvəl Janna Friske əri Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.
Janna Friske 1996-cı ildən "Blestyaşiye” qrupunda çıxış etməyə başladıqdan sonra məşhurlaşıb. 2003-cü ildən o uğurlu solo karyerasına başlayıb.
Həmçinin bir neçə filmdə çəkilmiş müğənninin 2013-cü ildə Platon adında oğlu dünyaya gəlib.
www.ann.az
























