• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq
18.06.2015 21:34
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır

Dahi dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq. Bu barədə "Report"a Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın K.Marcanişvili adına Akademik Dram Teatrı bununla bağlı birgə layihə hazırlayır: "Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi hər iki teatrda Azərbaycan və gürcü dilində tamaşaya qoyulacaq. Tamaşa Gürcüstan və Azərbaycan teatrlarının birgə layihəsi olacaq. Bu, çox orijinal layihədir".
Milli Dram Teatrının direktoru deyib ki, "Şeyx Sənan” faciəsinin ilk nümayişi Bakıda, sonra isə Tbilisidə olacaq: "Əsərdə birinci hissədə hadisələr Bakıda, ikinci hissəsində isə Tbilisidə baş verir. Ona görə də birinci hissə Azərbaycan dilində, ikinci hissə isə gürcü dilində oynanılacaq".
İ.İsrafilov bildirib ki, artıq "Şeyx Sənan" faciəsi gürcü dilinə tərcümə olunub və əsərin gürcü dilində olan nüsxəsi Gürcüstandan Azərbaycana göndərilib: "Bu tərcüməni çoxdan gözləyirdim. Nəhayət ki, gəlib çıxdı. Bizim üçün fəxr olunası hadisədir. Dəyərli olan odur ki, Hüseyn Cavidin əsəri ilk dəfə gürcü dilində səhnələşdiriləcək. Əgər gələcəkdə hansısa səbəblərdən bu əsər səhnəyə qoyulmasa belə ən azından tərcüməsi əlimizdədir. Onun bütün əsərlərini xarici dillərə tərcümə etmək imkanımız olsaydı, çox gözəl olardı. Mən Hüseyn Cavid yadigarı Turan xanım Cavidin tələbəsi olmuşam. Ona görə də, Turan xanımın ruhu qarşısında hər zaman özümü borclu hesab edirəm".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol