• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəran Teatrı rayonlara yay qastroluna çıxır

Lənkəran Teatrı rayonlara yay qastroluna çıxır
19.06.2015 12:36
Teatr bu mövsümün son premyerasını nümayiş etdirib

Bakı. 19 iyun. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu mövsümün son premyerasını nümayiş etdirib. 
"Report" xəbər verir ki, teatrda Lev Korsunskinin "Kələkbaz" komediyasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanovdur.

Rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova canlandırıb. 

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı iyunun 20-dən bölgələrə yay qastroluna çıxır. İlk qastrol səfəri Ucar rayonuna olacaq. Rayon sakinləri S.M.Qənizadənin "Xor-xor” vodevilinə tamaşa etmək imkanı qazanacaqlar.

Teatr qastrol səfərini Hacıqabul, İsmayıllı, Şabran və qonşu Lerik rayonunda davam etdirəcək. Tamaşaçılara İlyas Əfəndiyevin "Qəribə oğlan" və Üzeyir bəy Hacıbəylinin hekayə, pamflet və felyetonları əsasında hazırlanmış "Olanlardan-keçənlərdən” tamaşaları təqdim olunacaq. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol