• $
  • €
  • ₽
  • ₺
  • £

​Anar Əzimov: "Mənim filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı"

​Anar Əzimov: "Mənim filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı"
29.05.2020 10:33
"Mənim eksperiment etmək xüsusiyyətim fransızlara xoş gəldi, çünki onlar eksperimenti sevirlər".

Bu barədə "Report"a müsahibəsində rejissor və ssenarist Anar Əzimov deyib. Onun iPhone-la çəkdiyi qısametrajlı film Kann kino festvalının qısametrasjlı filmlərin müsabiqədənkənar nümayişi üçün seçilib.

A.Əzimovun sözlərinə görə, filmin nümayişi onun üçün digər pilləyə keçiddir, yəni bir növ onun həyatının ixtisas imtahanıdır. Gələcəkdə yeni qısametrajlı filmlərin çəkilişinə gəldikdə isə, F.Əzimov bildirib ki, bir rejissok kimi, onun həyata keçirmək istədiyi yeni ideyaları mövcuddur və qısametrajlı filmlərə ssenariləri var. 

A.Əzimovun sözlərinə görə, filmin yaradılmasında digər filmlərin də təsiri olub: "Təsir etməmiş olmaz. Lakin, konkret hansı filmlərin təsiri oldugunu deyə bilmərəm. Eksperiment apararaq, kadr uzunluğunda dəyişiklik etməyə cəhd göstərmişəm, əhval-ruhiyyəni rəng dəyişkənliyi və montaj işləri ilə göstərməyə çalışmışam. Filmimin Kann festivalına düşməsi irəliyə doğru addımdı.

Demək istərdim ki, ilk növbədə mən aktyor axtarışında idim və fikirləşirdim ki, bu film klassik səhnələrlə veriləcək. Nəticədə dərzi rolunu özüm oynadım".

"İşinizdən razısınızmı" sualına cavabında A.Əzimov deyib ki, bundan yaxşı işlər də ərsəyə gətirə bilər: "Anlayıram ki, həmin an üçün maksimum edə biləcəyimi etdim. Əminliklə deyirəm ki, o an bundan yaxşı iş ərsəyə gətirə bilməzdim".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol