Azərbaycanın tanınmış şairəsi vəfat edib

Azərbaycan Yazıçılar Birliyininn üzvü, tanınmış şairə Zivər Ağayeva vəfat edib.
Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.
Uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Zivər Ağayeva bu gün səhər saatlarında dünyasını dəyişib. Vida mərasimi şairənin Bilgəhdəki bağ evində olacaq.
Xatırladaq ki, Zivər Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib. "Azərbaycan qadını" jurnalında işləyib.
Azərbaycanın bır çox tanınmış müğənniləri Zivər Ağayevanın sözlərinə yazılan mahnıları oxuyublar.
www.ann.az
























