• $
  • €
  • ₽
  • ₺
  • £

"Yazı" dərgisinin yeni sayı çıxıb

"Yazı" dərgisinin yeni sayı çıxıb
25.06.2015 22:00
"Yazı” ədəbiyyat dərgisinin 14-cü sayı işıq üzü görüb. "Sözümüzün yiyələri” rubrikası görkəmli yazıçı Sabir Əhmədlinin 85 illiyinə həsr olunub.

Burada Sabir Əhmədli haqqında qələm dostlarının və ardıcılları olan gənc yazıçıların, habelə, ziyalıların fikirləri, "Yasaq ədəbiyyatın yaradıcısı” adlı ayrıca esse və Sabir Əhmədlinin "Yazılmayan yazı” romanının davamı verilib.

"Bir kitab şeir”də Esmira Məhiqızının şeirləri yer alıb. "Nəsr” bölümündə Rövşən Yerfinin "Qazamat sanitarları” adlı uzun hekayəsinin əvvəli, Qan Turalı, Şəmil Sadıq, Rəşid Bərgüşadlı, Bəxtiyar Hidayət, Vahid Məhərrəmlinin hekayələri və Azad Qaradərəlinin "Şüşə ev” romanının əvvəli çap olunub.

"İlk addımlar”da Kamil İlqar, Oğuz Ayvaz, Xan Abdulla Gülşad Quliyeva, Ramil Mərzili, Nilufər Şıxlının, "Yaradıcılıq Emalatxanası” rubrikasında BSU Yaradıcılıq Fakültəsinin tələbələrindən Vəli Efe, Günay Həsənli, Aynur Sultanova, Çinarə Ömray, Şəhriyyə Qəzənfərqızı, Azər Rəşidoğlu, Vüsalə Süleymanın yazıları ilə tanış olmaq olar.

"Dramarurgiya” başlığında Sevinc Elsevərin "Həyat elə bir oyun ki...” mono-pyesi, "Güney sovqatı”nda təbrizli şairə Ruqiyyə Səfərinin şeirləri, "Avropadan yazırlar” bölməsində Vahid Qazinin "Əraf” hekayəsi və Əzimə Ağalarovanın "Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanından parça verilib.
Dərginin "Çevirmə” yerində Q.Q.Markes, L.Tolstoy, Fazil İskəndər, Özdəmir Asəf, M.C.Anday, C.Sürəyya, S.Yalkından çevirmələr dərc olunub.

"Zahir Əzəmət – 40” isə son illərin ən parlaq imzalarından olan şair və naşir Zahir əzəmətin 40 yaşına həsr olunub və habelə burada şairin maraqlı şeirləri də yer alıb. "Esseistika” bölümündə Niyazi Mehdinin iri həcmli essesinin sonu, "Uşaq guşəsi”ndə məktəbli yazar Nigar Mübarizqızının "O, qarı sevmirdi” hekayəsi verilib.
"Palitra” Məmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadənin yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.
Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.
Dərginin yeni sayını rayonlarda "Azərmətbuatyayım” köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

Oxu zalı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol