• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni "Gombul Əlif" qalmaqalı

Yeni "Gombul Əlif" qalmaqalı
26.06.2015 17:51
Keçən həftə Argentina ədəbi mühiti yeni xəbərdən silkələnib

Borxes oynaya bilər, başqası yox

 

Argentinalı yazıçı Pablo Katchadjian 2009-cu ildə Borxesin ən məşhur əsəri olan "Əlif”-ə (əlif – ibrani əlifbasının birinci hərfidir) dəyişiklik edib. Daha doğrusu, mətnin orijinalı olan 4 min sözü saxlayıb, amma özündən ora 5 min altı yüz sözlük mətn də əlavə edib.

Sonra götürüb bunu kiçik bir mətbəədə 300 nüsxədə çap etdirib, adını da qoyub: "El Aleph engordado”, yəni "Gombul Əlif”.

2011-ci ildə Borxesin həyat yoldaşı və ədəbi irsinin qoruyucusu Maria Kodama onu məhkəməyə verib. Ədəbi eksperimentinə görə, Katchadjian bu günə qədər məhkəmələrdədir.

Keçən həftə Argentina ədəbi mühiti Karchadjian’a qarşı "İntellektual mülkiyyət fırıldağı” maddəsi ilə rəsmi ittiham irəli sürüldüyü haqda xəbərlə silkələnib.

Bu "cinayətdə” təqsirli bilinsə, onu altı ilə qədər həbs cəzası gözləyir.

"Amma bu, ədəbi eksperimentə görə, həddini aşmış bir cəzadır", - mətbuat etiraz edir.

Müdafiəçilər onun Borxes ilə bu "oyununun” arxasında ədəbi maraqdan başqa heç bir maraq yatmadığını və bunun şübhəsiz olduğunu deyirlər.

"O, hər hansı başqa bütləşmiş yazıçını yox, "Pierre Menard: Quixote müəllifi” əsərini yazmış Borxeslə oynayıb. O, bank qarət etməyib, plagiat dissertasiya yazmayıb, ədəbiyyata perfomativ münasibətilə tanınan bir yazıçının əsərilə ədəbi eksperiment edib.”

Borxesin özü "Pierre Menard: Quixote müəllifi” əsərində Pierre Menard adlı bir müəllifin Servantesin şedevri olan "Don Kixot”-u sözbəsöz, vergülünə, nöqtəsinə qədər kopyalamaq istədiyini yazıb.

Borxes həmin əsərində deyir: "Pierre Menard başqa bir "Don Kixot” yazmaq istəmirdi, bu, çox asan olardı, o, məhz "Don Kixot”-u yazmaq istəyirdi.”

Amma Borxesin həmin əsərində Menard’ın yazdığı "Don Kixot” Servantesin yazmış olduğu əsl "Don Kixot”-a bənzəsə də, ondan bir az fərqlənir.

Meta-ədəbiyyat, reproduktivlik (yenidən emal) anlayışlarından xəbərdar olanlar bilirlər ki, Borxesin özü sitatlarla oynamasıyla, saxta ədəbi istinadlar etməsilə tanınır.

Həmkarları "Katchadjian Borxesə ziyanmı vurub?”, "Bəyəm insanlar daha Borxesi oxumayacaq?”, "Borxesin külliyyatını İnternetdən endirib oxuyun, o özü ədəbi eksperimentlər edirdi" kimi sözlərlə ittiham olunan yazıçının müdafiəsinə qalxıblar.

"Gombul Əlif” kanonlaşmış nəsr əsərini saxtalaşdırmağa cəhddir, yoxsa sənət əsəri, - bunu müzakirə etmək olar, amma hüquq-məhkəmə orqanlarında yox. 

Oxu Zalı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol