• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək

“Azərbaycanda Koreya Kinosu Festivalı” keçiriləcək
03.07.2015 13:29
İyulun 6-dan avqustun 15-dək Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə "Azərbaycanda Koreya Kinosu Festivalı”  keçiriləcək.
 
APA-nın məlumatına görə, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub.
 
Kino festivalında Koreya filmləri ölkəmizin 5 regionunda - Gəncə (6-12 iyul), Lənkəran (13-19 iyul), Sumqayıt (20-29 iyul), Ağdaş (31 iyul-6 avqust) və Qəbələdə (7-15 avqust) nümayiş olunacaq.
 
Festivalın rəsmi açılışı iyun ayının 6-da Gəncə şəhərində baş tutacaq və tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış "Əbədi An” ("Forever The Moment”)  adlı film təqdim olunacaq.
 
Kino festivalının bağlanış mərasimi avqust ayının 15-də Qəbələdə keçiriləcək. Festivala 2011-ci ildə rejissor Choi Ik-hwan tərəfindən lentə alınmış "Ana” ("Mama”) adlı filmlə yekun vurulacaq.
 
"Azərbaycanda Koreya Kinosu Festivalı”nın tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuz olacaq. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol