• $
  • €
  • ₽
  • ₺
  • £

"Amalya-70" gecəsi keçirildi

"Amalya-70" gecəsi keçirildi
03.07.2015 23:35
Yubilyara prezidentin fəxri diplomu təqdim edilib

 Bu gün Heydər Əliyev adına Sarayda Azərbaycanın Xalq artisti Amalya Pənahovanın "Sevgi etirafı" adlı 70 illik yubiley gecəsi keçirilib.

"Report" xəbər verir ki, A. Pənahova səhnəyə şaman görkəmində çıxıb.

Səhnədə quraşdırılmış monitorda onun uşaqlıq və gənclik illərini əks etdirən fotoşəkillər və ifa etdiyi tamaşalardan parçalar nümayiş etdirilib.

Çıxış zamanı ilk söz mədəniyyət və turizm naziri Əbulfəs Qarayevə verilib. O, yubilyarın Azərbaycan teatr və kinosunda oynadığı roldan bəhs edib:

"Azərbaycan teatrının böyük dövrü Amalya xanımın adı ilə bağlıdır. Baxmayaraq ki, siz anasız və nənəsiz, amma hələ də bizim üçün gənc və gözəl Nargilə olaraq qalmısız. Görkəmli rejissor Tofiq Kazımovun dəstəyi ilə ilk dəfə 19 yaşında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" tamaşasında Nargilə obrazı ilə səhnəyə ayaq basan Amalya xanım 28 il "Azdrama"nın səhnəsində saysız-hesabsız obrazlar yaradıb".
Nazir, həmçinin yubilyarın kino fəaliyyəti, Bakı Bələdiyyə Tearındakı fəaliyyəti haqqında da danışıb:

"Amalya xanım teatrla yanaşı kinoda da gözəl rollar oynayıb. Siz 25 il ərzində Azərbaycan kinosunda irili-xırdalı 200-dən çox rola ekran ömrü vermisiz. Bakı Bələdiyyə Teatrını isə döyüşkən teatr adlandırmaq lazımdır".

Nazir daha sonra ölkə prezidentinin imzaladığı fəxri fərmanı dövlət başçısı və onun xanımı adından yubilyara təqdim edib:

"Siz Azərbaycanın bütün fəxri adlarını almısız. Prezidentin və Mehriban Əliyevanın adından sizə bu fəxri diplomu təqdim edirəm".

Tədbirdə çıxış edən qonaqlar arasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və başqaları olub.

Amalya Pənahova, həmçinin Türksoyun baş katibi adından xüsusi diplomla və Haldun Taner medalı ilə təltif edilib. Mükafatları yubilyara Elçin Qafarlı təqdim edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol