• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil" - NAZİR

"Bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil" - NAZİR
10.07.2015 15:26
"Yay mövsümündə Azərbaycanda fəaliyyət göstərən otellər və istirahət mərkəzlərində xüsusi monitorinq qrupu monitorinq aparacaq. 

Otellərdə hansı nöqsanlar və çatışmazlıqlar varsa, monitorinq vasitəsi ilə müəyyən olunacaq".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, yay mövsümünün sonunadək bu yoxlamalar keçiriləcək. 

Nazir bildirib ki, 2012-ci ildən bu günədək Azərbaycanda otellərdə, yaxud turizm şirkətlərinin qiymətlərində artım olunmayıb: "Bu, bazarın artıq tənzimlənmiş şəklə gəlməsi deməkdir. Azərbaycandakı otellərdə, istirahət mərkəzlərində 100 faizə qədər yerləşmə var. Qonşu ölkələr müxtəlif növ qiymətləri təklif edirlər. Azərbaycandakı xidmətlər və turizm imkanları Gürcüstan, İran və Rusiya ilə müqayisədə fərqlidir. Biz daha çox tarixi abidələrlə bağlı xidmətlər təklif edirik. Ona görə də o abidələrin dəyərini saxlamağa çalışırıq. Gürcüstana gedənlərə heç kimin etirazı yoxdur və bu, normal prosesdir. Yəni bu məsələdə sensasiya axtarmaq və problem yaratmaq lazım deyil. Azərbaycan turizm məkanı bu gün özünün tarazlığını qoruyur. Bazar mövcuddur və onun istifadə edənlər var. Bəzən deyirlər ki, ucuz istirahət etmək üçün yerlər yoxdur. Elə yerlər var, sadəcə o yerləri artıq tutublar, tapmaq çətindir. İndi regionlarda üç ulduzlu otellərin tikilıməsi diqqət mərkəzindədir. Mən də arzu edərdim ki, aviasiya qiymətləri daha ucuz olsun. Siz təsəvvür edirsiniz ki, insanlar Gürcüstandan ucuz qiymətə hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidməti var. Təbii ki, mən də arzu edərdim ki, bizdə aviasiya qiymətləri daha ucuz olsun. Mən də, mənim ailəm də, dostlarım da tez-tez xaricə uçurlar. Amma bazar öz qiymətlərini tənzimləyir”.

Ə.Qarayev Azərbaycanda da çarter uçuşları təşkil olunduğunu bildirib: "Məsələn, yay mövsümündə Monteneqro və Macarıstana reyslər təşkil edilir. Çarter reyslərin qiyməti daha ucuzdur, nəinki standart qiymətlər. Yəqin ki, Gürcüstan və Rusiyadan da ucuz paket təklif edən uçuşlar var. Aviaşirkətlərin rəqəmləri müəyyən xərclərin üzərində qurulur. Azərbaycan aviasiya şirkəti regionda aparıcı şirkətdir. Şirkət xərclədiyi vəsaiti toplamalıdır. Turist və aviasiya şirkətləri birgə çarter uçuşları təşkil etməyi nəzərdə tuturlar. Həmin uçuşlarda qiymətlər daha ucuz olacaq”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol