• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib

Azərbaycanda “Qızıl Pəri” mükafatı təsis edilib
10.07.2015 21:42
Azərbaycanda "Qızıl Pəri” mükafatı təsis edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycanfilm" Kinostudiyası yayıb.

Peşə mükafatını Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar Gildiyası və Produserlər Gildiyasının dəstəyi ilə təsis edib. Məqsəd audiovizual sahənin (kino və tv) inkişafına kömək, milli-mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və produserləri həvəsləndirməkdir.

Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından aslı olaraq müəyyənləşdiriləcək.

"Qızıl Pəri” mükafatının nominasiyaları aşağıdakılar ola bilər:

1. Ən yaxşı bədii film

2. Ən yaxşı telefilm (və ya serial, müəllif verilişi)

3. Ən yaxşı sənədli film

4. Ən yaxşı cizgi filmi

5. Ən yaxşı rejissor

6. Ən yaxşı prodüser

7. Ən yaxşı orijinal ssenari

8. Ən yaxşı aktrisa

10. Ən yaxşı aktyor

11. Ən yaxşı operator

12. Ən yaxşı rəssam

13. Ən yaxşı bəstəkar

14. Ən yaxşı debüt

15. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə

16. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə

Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.

"Qızıl Pəriİ” mükafatının qaliblərini Azərbaycan kinosunun və televiziyasının ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət olan Münsiflər Heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.

Qeyd edək ki, "Qızıl Pəri” mükafatının ilk müsabiqəsi 2015-ci ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu 2015-ci il oktyabrın 1-nə qədərdir.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol