• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Xuduoğlu dükan açdı – FOTO

Şahbaz Xuduoğlu dükan açdı – FOTO
11.07.2015 14:00
"Qanun" nəşrlər evinin Bakıda yeni kitab dükanı açılıb.
 
Bu haqda Axar.az-a "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.
 
"Qanun pərakəndə və topdansatış mağazası” adlanan dükana artıq bu gündən etibarən kitablar yerləşdirilməyə başlanılıb.
 
Ş. Xuduoğlu dükan barədə bunları deyib:
 
"Adi dükanlarda necədirsə, bizdə də elə, heç bir güzəşt yoxdur. Nəticənin necə olacağını indidən deyə bilmərəm, sadəcə, təcrübəm göstərir ki, biz kitabı bütün sosial qruplara əlçatan etməsək, könüllü qaydada kimsə kitabı axtarmayacaq. Keçən il küçələrdə yarmarka etdik. Bu il qoymadılar, tərcüməçilər, işçilər qarşısında çıxılmaz duruma düşdük. Bütün mümkün variantları sınaqdan keçirirəm. Dükan üçün aylıq, təkcə kirayə haqqı 1800 AZN ödəyəcəyik. Bütün kitablara 30% endirim edəcəyik. Uşaq kitablarına da 30%-ə qədər endirim olacaq. Psixologiya, uşaq kitabları, romanlar, hamısı satışda olacaq. Onsuz da bizim cəmiyyətdə kitab oxuyan təbəqənin maliyyə vəziyyəti ağırdır. Bura gələn insanlar da düşüncəmə görə, həmin insanlardır, rayonlardan gələnlər çoxdur. Onlar da kitablar əldə edə biləcəklər. Mən istərdim evinə əşya, mebel, yastıq, dəsmal, qab-qaşıq almağa gələnlər kitab da alsınlar. Kitab insanlara daim xatırladılmalıdır, əks halda tez unudulur”.
 
Qeyd edək ki, "Qanun" nəşrlər evinin sözügedən ilk kitab dükanı Sədərək Ticarət Mərkəzinin "Şirniyyat” bölməsinin 9-cu sırasında, 58-ci dükanda yerləşir.
 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol