• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu yollar bağlanacaq

Bakıda bu yollar bağlanacaq
12.07.2015 18:39
Bu gün saat 19.00-da Neftçilər prospektində I Avropa Oyunları ilə əlaqədar "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri, idmançılar, on mindən artıq könüllülərdən ibarət, ümumilikdə 15 minə yaxın insanın iştirak edəcəyi "Bakı-2015" paradı keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov anspress-ə açıqlamasında, paytaxtın bəzi küçələrində avtomobillər hərəkətinə məhdudiyyət qoyulacağını bildirib.


Tədbirin keçirilməsində iştirak edən iştirakçıların təhlükəsizliyini təmin edilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, paradın Dövlət Bayraq Meydanından Azadlıq meydanı istiqamətində keçirilməsi və Dənizkənarı Milli Parkda konsert proqramının təşkil edilməsi ilə əlaqədar Bakı-Salyan şossesinin 14-cü kilometrindən, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, eyni zamanda Yusif Səfərov və 28 may, Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişmələrindən avtomobillərin istiqaməti dəyişdirilir.


Paytaxtda qeyd edilən ərazilər üzrə avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yollar üzrə təşkil edilir, yəni 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar, 20-ci sahədən Dağüstü yolla Badamdar, Bayıl qəsəbəsindən Mehdi Hüseyn, Teymur Elçin, Parlament, 28 may küçələri, Yusif Səfərovdan Rəşid Behbudov, Fizuli küçələri istiqamətində hərəkət edilməsi təşkil olunacaq.


Təşkil olunacaq tədbirdə və konsert proqramında iştirak etmək istəyən sürücülərdən və şəhər sakinlərindən hərəkətin rahat və fasiləsiz təmin olunması, hərəkətdə sıxlıq yaranmaması məqsədləri ilə içtimai nəqliyyat vasitələrindən istifadə olunması xahiş edilir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol