• $
  • €
  • ₽
  • ₺
  • £

"Gənc rəssamların tanıtım sərgisi"

"Gənc rəssamların tanıtım sərgisi"
18.07.2015 12:37
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Gənc rəssamların tanıtım sərgisi” təşkil edilib. 

ANS PRESS-in məlumatına görə, Azərbaycan Dövlət Müzey Sərgi kompleksində baş tutan sərgidə layihənin rəhbəri Elsevər Təhməzli çıxış edərək gənc rəssamların bu layihəyə cəlb edilməsi və onların yaradıcılıq qabiliyyətinin üzə çıxarılması üçün aparılan işlər barədə məlumat verib. O, gənclər tərəfindən çəkilmiş rəsm əsərlərini yüksək qiymətləndirdiyini deyib və bu cür layihələrin gələcəkdə davam etdiriləcəyini vurğulayıb. 

Layihənin rəhbəri layihə çərçivəsində gənclərlə maraqlı müzakirələr aparıldığını, həmin gənclərin yaradıcılıq qabiliyyətinin yüksək olduğunu bildirib. Təhməzli çəkilən rəsmlərdə gənclərin daxili aləminin, onların həyata baxışlarının, yeniyetmə və gənclik arzularının təsvir edildiyini də qeyd edib. O, əlavə edib ki, gənclərin əl işlərində Azərbaycan rəssamlığının izləri aşkar şəkildə görünür. Layihə rəhbəri həmçinin qeyd edib ki, müsabiqəyə 90-a yaxın iştirakçı tərəfindən 250-ə yaxın rəsm əsərləri təqdim edilib və ekspert tərəfindən həmin əsərlər qiymətləndirilib. İlk 10 yerin qalibi diplom ve hədiyyələrlə, digər istirakçılar ise diplomlarla mükafatlandırılıb. 

Sərgi iştirakçıları da çıxışlarında bu layihənin həyata keçirilməsini müsbət qiymətləndirdiklərini və gənc rəssamların əl işlərinin onlarda böyük maraq yaratdıqlarını bildiriblər.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol