• $
  • €
  • ₽
  • ₺
  • £

"Xatirələrin məsumiyyəti" filmi Venesiya Festivalında

"Xatirələrin məsumiyyəti" filmi Venesiya Festivalında
27.07.2015 21:39
Romanın ikinci qəhrəmanının gözündən

 

Orxan Pamukun "Məsumiyyət Muzeyi” romanı və 2012-ci ildə açdığı eyni adlı muzeyə əsasən rejissor Grant Gee'nin çəkdiyi "Xatirələrin məsumiyyəti” (The Innocence of Memories) adlı filmin ilk nümayiş etdiriləcəyi yer və tarix məlum olub.

Film 2-12 sentyabrda dünyanın ən nüfuzlu kino tədbirlərindən olan 72-ci Venesiya Film Festivalının Venesiya Günləri hissəsində ilk dəfə tamaşaçılarla görüşəcək.

Xəbər verdiyimiz kimi, filmi rok qrupu "Radiohead" haqqındakı filmiylə tanınan ingilis rejissor Grant Gee çəkib.

Orxan Pamuk film üçün romanın motivləri əsasında ayrıca ssenari yazıb. Ssenarini romanın baş qəhrəmanı Kamalın səsi müşayiət edir.

Orxan Pamuk bu günlərdə mətbuata film haqda müsahibə verib: "Grant Gee son dərəcə sənətkaranə bir insandır. Əvvəl onun alman ədəbiyyatçı Sebald’ın "Saturnun xalqları” haqqında çəkdiyi filmi görüb çox sevmişdim.

Bu filmin çəkilişində mən də iştirak etdim. Film üçün otuz dəqiqəlik orijinal bir mətn yazdım. Film təkcə "Məsumiyyət Muzeyi" haqda deyil, həm də İstanbul haqdadır.

Bu filmdə mənim başqa kitablarımdan da var. Yazdığım yeni mətn isə kitabdakı ikinci qəhrəmanın gözündəndir. Romandakı eşq hekayəsini yenidən dəyərləndirir.

O qəhrəmanın kim olduğunu demirəm, bunu Venesiyada deyəcəyəm.

Başqa bir qəhrəman İstanbul, onun gecələri, özünəməxsus kimyası, havasıdır.

Bütün bunlar bacarıqlı bir rejissor olan Grant Gee'nin əlində filmə çevrildi. Həm sənədli, həm də sənət filmidir." /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol