• $
  • €
  • ₽
  • ₺
  • £

Kənan Hacı: "Xahiş edirəm, mənə kömək edin"

Kənan Hacı: "Xahiş edirəm, mənə kömək edin"
03.08.2015 17:27
Şair-yazıçı Kənan Hacının səhhətində ağır problemlər yaranıb. 8 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən Kənan Hacı maddi problemi olduğundan müalicə ala bilmir:

"Vəziyyətim pis idi. Baxdım ki, ayaq üstə dayana bilmirəm. Getdim həkimə, dedilər ki, səndə Hepatit C xəstəliyi var. İnanmadım, bir neçə yerdə analiz verdim, xəstəlik təsdiqləndi.

Xəstəliklə əlaqədar bir müddət yüngülvari müalicə aldım. Amma indi təkrar müalicəyə ehtiyacım var.

Bu xəstəlik elədir ki, həmişə həkim nəzarətində olmalısan. Mənim isə müalicə olunmaq üçün problemlərim var. Pulum olmadığından uzun müddətdir ki, müalicə ala bilmirəm.

Bunun da nəticəsində iş qabiliyyətimi itirirəm, ayaqlarım tutulur, yuxusuzluqdan əsəblərim korlanıb”.

K.Hacı deyir ki, xəstəlik qara ciyərini parçalayır:

"Ya Azərbaycanda, ya da xarici ölkələrin birində müalicə olunmalıyam. 6 aylıq müalicə üçün 15 min manat lazımdır. Xəstəliyin dərmanları bahadır, onu almağa imkanım yoxdur”.

Şair müalicə ilə əlaqədar bir neçə yerə müraciət etsə də, konkret cavab almayıb:

"Söz veriblər, amma ortada heç nə yoxdur. Xahiş edirəm, ilk öncə dövlətimdən, sonra imkanlı şəxslərdən mənə kömək edin, vaxtında bu xəstəlikdən qurtula bilim”. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol