Hollivudda bu şəxslərə yer yoxdur

Amerikanın Cənubi Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən Anenberq Jurnalistika məktəbi 2007-2014-cü illər arasında çəkilən 700 filmi araşdıraraq hesabat tərtib edib.
Axar.az xəbər verir ki, araşdırmaçılara görə, nəticələr Hollivudun "qadınlar, qaradərililər və LGBT xarakterlərini ekranda göstərməklə bağlı şəksiz-şübhəsiz kompleksi olduğunu” göstərir.
100 filmin cəmi 20-də baş rolda qadındır
Araşdırmaya görə, 2007-ci ilin ən yaxşı 100 filminin cəmi 20-də baş rolda qadınlar çəkilib. 2014-cü ildə bu rəqəm 21-dir, demək olar ki, heç bir irəliləyiş yoxdur. 2014-cü ilin ən yaxşı filmindən cəmi ikisini, 2007-ci ildə isə ən yaxşı 100 filmdən cəmi üçünü qadın rejissor çəkib. Üzərində araşdırma aparılan 700 filmdən cəmi üç dənəsi afro-amerikanların istehsalıdır.
Xatırladaq ki, keçən ilin ən yaxşı 100 filmdə danışan və ya oynayan xarakterlərin 73.1%-i ağ, 4.9%-i ispan əsilli, 12.5%-i qaradərili, 5.3%-i isə asiyalı idi. Həmçinin bu filmlərin heç birində 45 yaşdan yuxarı qadın aktyor çəkilməmişdi.
www.ann.az
























