• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Ermənistan tərəfi Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir"

Nazir: "Ermənistan tərəfi Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir"
25.08.2015 17:29
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Elmar Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırdı.

O, beynəlxalq sənədlərdə təsbit edildiyi kimi sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirdi. Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verdi.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını diqqətə çatdırdı. O əlavə etdi ki, Ermənistan tərəfi Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd etdi. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırdı.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu vurğuladı.   "Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın”,- deyə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov ümidvarlığını bildirdi ki, bu hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol