• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti ADU-da - FOTOLAR

ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti ADU-da - FOTOLAR
28.08.2015 12:08
Avqustun 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Nyu-Həmpşir ştatının nümayəndə heyəti ilə görüş keçirilib. Qaynar.info xəbər verir ki, görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin üzvü Asim Mollazadə, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, səfirliyin əməkdaşı Stiv Quis və universitetin professor-müəllim heyəti iştirak edib.

Giriş sözü ilə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. Universitet haqqında danışan rektor burada 22 dilin tədris olunduğunu qeyd edib. Rektor eyni zamanda universitetdə müxtəlif ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən  də söz açıb. İRK-da fəaliyyət göstərən Amerika mərkəzi haqqında qonaqlara məlumat verən Səməd Seyidov mərkəzin Azərbaycan-Amerika əlaqələrində, ADU ilə ABŞ universitetləri arasında əməkdaşlığında əhəmiyyətli rolu olduğunu qeyd edib. Rektor buradan, nəinki ADU tələbələrinin, eyni zamanda digər universitetlərin tələbələrinin də istifadə etdiklərini vurğulayıb. O, hər il Amerika Birləşmiş Ştatlarının öndəgedən universitetlərində təhsil alan bir qrup tələbənin ADU-da Azərbaycan dilini, mədəniyyətini, tarixini öyrəndiklərini qonaqların diqqətinə çatdırıb. 

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Amerika mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. O, ADU ilə səfirlik arasında olan uğurlu əməkdaşlıqdan söz açıb.
 
Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və ABŞ arasındakı əlaqələrin təhsil sahəsində də uğurlu olduğunu bildirdi.  O, təhsil və mədəniyyətin ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edib.

Beynəlxalq Əlaqələr üzrə prorektor, professor Jalə Qəribova ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramının Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin təhsil sahəsində olan əməkdaşlıq üçün vacib olduğunu qeyd edib. 

ADU-nun İnformasiya Resurs Kompleksinin direktoru Şəhla Xudiyeva qonaqlara mərkəz haqqında ətraflı məlumat verib. O, ötən il mərkəzin nəzdində Amerika Uşaq Mərkəzinin açıldığını qeyd etdi. Şəhla Xudiyeva mərkəzdə bir çox seminarların, dəyirmi masaların keçirildiyini, səfirlik əməkdaşlarının  universitet tələbələrinə mühazirələr oxuduqlarını bildirib.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar universitetdə olmaqdan məmnun olduqlarını dilə gətiriblər. Onlar belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd ediblər. 

Görüşdə, həmçinin  ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı çərçivəsində ADU-ya gələn amerikalı tələbələrin Azərbaycan dilində çıxışları olan video-çarx nümayiş olunub. 
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol