• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Lavrovun Bakı səfərindən narazıdırlar

Ermənilər Lavrovun Bakı səfərindən narazıdırlar
02.09.2015 19:58
Rusiyanın opera müğənnisi Lyubov Kazarnovskayanın sentyabrın 1-də qondarma "DQR” ("Dağlıq Qarabağ Respublikası”) paytaxtında "Qarabağın azadlığı uğrunda həlak olan” ermənilərin "xatirəsini” yad edərək acı göz yaşları tökdüyü vaxt, onun ölkəsinin XİN rəhbəri Sergey Lavrov Bakıda Azərbaycana Rusiya silahının sərgisində iştirak etməyi təklif edib.

Oxu.Az xəbər verir ki, "Aravot” erməni xəbər portalının "Müttəfiq satılır. Qiyməti razılaşdırma yolu ilə” adı altında çıxan materialı məhz bu sözlər ilə başlayır.

Məqalədə Rusiyanın 2010-cu ildə Azərbaycana 5 milyard dollar məbləğində silah və sursat satması qeyd edilir.

"Son dövr ərzində Azərbaycana 94 ədəd T-90C, 100 ədəd ZPM-3”, 18 ədəd "”Msta-S özüyeriyən artilleriya qurğusu, 18 ədəd "Smerç” yaylım atəş reaktiv sistemi, 18 ədəd "Vena” özüyeriyən artilleriya silahı və 6 TOS-1A alovpüskürən sistem, eləcə də bir neçə ədəd mühəndis texnikası çatdırılıb.  

Qeyd edək ki, "Solntepek” raket kompleksi sırf hücum funksiyalarına malikdir və son 23 ildə Rusiya ilk dəfə Azərbaycana bu qəbildən olan silah satıb.

Daha öncə Rusiya Azərbaycana, ilkin olaraq İran üçün nəzərdə tutulan S-300 PMU-2 ("Favorit”) zenit-raket sistemi satıb. Amma, Qərbin və İsrailin təzyiqi altında RF-nın sabiq prezidenti Dmitri Medvedevin fərmanı ilə İranla müqavilə ləğv edilib.

S-300 sistemlərinin istehsalçısını - "Almaz-Antey” konsernini yarı yolda qoymamaq üçün, buraxılmış sistemləri Azərbaycana satmaq qərarı alınmışdı. Çatdırılmalar 2010-cu ilin iyulunda başladı və 2011-ci ildə başa çatdı.

Təchizat dəstinə hər divizionda 8 atəş qurğusu, eləcə də 200 ədəd 48Н6Е2 idarə edilən zenit raketi olan 2 "S-300 PMU-2” divizionu daxil idi. Müqavilənin məbləği bəzi məlumatlara görə, 300 milyon dollardan ibarət olub”, - materialda qeyd edilib. 

Müəllifin fikrincə, Azərbaycana silahın çatdırılması fonunda Rusiya "İrəvandakı "çoxəsrlik qardaşına” verdiyi dərmanı şirinləşdirmək üçün Qarabağa puç olan "məhəbbətin” möhkəmləndirilməsi üçün gözyaşı tökmə missiyası ilə opera müğənnisini göndərir. 

"Xanım Kazarnovskaya "erməni torpaqlarını” "müttəfiq”gözyaşları ilə sulamaq missiyasını uğursuz yerinə yetirir.

Paralel olaraq bu qəbildən və "keyfiyyətdə” digər tədbirlər də həyata keçirilir: məsələn, birdən-birə Qarabağa "gözlənilməz məhəbbət”inin səbəbləri də aydın olmayan, hansısa yarım kriminal rusiyalı biznesmenin arvadının rəhbərliyi altında "yarım afrikan” dəb göstərisi.

Xüsusi xidmətlərin dilində desək, bütün bunlar "gizlətmə” əməliyyatıdır, yəni əsl məqsədi gizlətmək üçün yayındırıcı manevrlər həyata keçirilir.

Ona görə də Ermənistana və ya Qarabağa "birdən”, deyək ki, Nadejda Kadışeva və ya "Buranovski nənələri” gələrsə, bilin ki, deməli hardasa Bakı ətrafında növbəti rusiyalı nazir araq və ya Azərbaycan sürfüllüsünün müşayiəti ilə növbəti silah partiyasını satır.

Sxem alverçisinə və gülməli dərəcədə sadədir: kim ödəyirə müttəfiq də odur. Qiymət razılaşma yolu ilə..”, - erməni jurnalisti Vaqram Ağacanyan yazır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol