• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov bəyannaməyə etiraz etdi

Oqtay Əsədov bəyannaməyə etiraz etdi
03.09.2015 18:10
Nyu-Yorkda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov BMT-nin qərargahında keçirilən Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında çıxış edib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanda dövlət müstəqilliyinin bərpa edilməsindən keçən dövr ərzində qazanılmış uğurlar və demokratik inkişaf barədə söhbət açıb.
 
Konfransının Bəyannamə layihəsində parlamentlərarası əməkdaşlığın problemləri və vəzifələri, müharibələrin və münaqişələrin qarşısının alınmasına yönəlmiş səylər, terrorizmə, mütəşəkkil cinayətkarlığa, insan alverinə, narkotik maddələr alverinə qarşı mübarizə, habelə gender bərabərliyinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması məsələlərinin göstərildiyini qeyd edən O. Əsədov təəssüflə vurğulayıb ki, təcavüzkar etnik separatizm problemi sənədə daxil edilməyib. O bildirib ki, təcavüzkar etnik separatizm təkcə ayrı-ayrı regionlar üçün deyil, bütün planetdə sülhə və təhlükəsizliyə təhdid mənbəyidir.
 
MM sədri Azərbaycanın məhz təcavüzkar separatizmin qurbanı olduğunu diqqətə çatdırıb: "İyirmi ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. Hərbi işğalın gedişində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda aparılmış etnik təmizləmə nəticəsində minlərlə dinc sakin həlak olub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dünya birliyi adından Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib”.
 
O. Əsədov dünya birliyini beynəlxalq hüququn pozulması faktlarının pislənməsində həmrəy olmağa və bu istiqamətdə qəti addımlar atmağa çağırıb. O, çıxışının sonunda Bəyannamədə göstərilən məsələlərin həlli üçün Azərbaycan parlamentinin digər ölkələrin parlamentləri ilə əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol