Yeni səfir oktyabrda Bakıya gələcək

İsveçrənin Azərbaycana yeni təyin olunmuş səfirinin adı açıqlanıb.
Bakıdakı diplomatik missiyasını başa vuran İsveçrənin ölkəmizdəki səfiri Pascal Abişerin "Report"a verdiyi məlumata görə, bu Filip Stadler olacaq.
P.Abişerin sözlərinə görə, yeni səfir oktyabrın əvvəllərində Bakıya gələcək və Azərbaycanın xarici işlər naziri, həmçinin ölkə başçısına etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasına başlayacaq.
Qeyd edək ki, bu təyinata qədər F.Stadler İsveçrənin Yunanıstandakı səfirinin müavini vəzifəsində çalışıb.
P.Abişer 2013-cü ildən İsveçrənin Azərbaycandakı səfiri vəzifəsini tutub. Hazırda o, İsveçrənin Belarusdakı səfiri vəzifəsinə yeni təyinat alıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























