Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə görüşəcək

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 24-25-də baş tutacaq.
"Report" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazirlərin görüşü BMT Baş Assambleyasının 70-ci sessiyasının açılışı çərçivəsində Nyu-Yorkda keçiriləcək.
E.Məmmədyarovun sözlərinə görə, əvvəlcə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərlə ayrı-ayrılıqda görüşəcək, sonra isə nazirlərin görüşünün keçirilməsi planlaşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























