• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov: “Türkiyə və Azərbaycanın güclənməsi bəzi qüvvələri narahat edir”

Oqtay Əsədov: “Türkiyə və Azərbaycanın güclənməsi bəzi qüvvələri narahat edir”
17.09.2015 14:41
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən APA-ya verilən məlumata görə, O. Əsədov son günlər Türkiyədə terror hücumları nəticəsində hərbçi və polislərin həlak olmasına görə başsağlığı verib.
 
O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. İqtisadi münasibətlərdən danışan spiker qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi milyardlarla ölçülür: "Azərbaycanda 2400-ə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. İki qardaş ölkə bir-birinin iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. Lakin son illərdə Türkiyə və Azərbaycanın daha da güclənməsi bəzi qüvvələri narahat edir və bizə qarşı çirkin kampaniyalar aparılır”.
 
Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolundan, işçi qruplarının fəaliyyətindən, deputatlarımızın beynəlxalq təşkilatlarda xalqlarımız və dövlətlərimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə eyni mövqedən çıxış etmələrindən, Dağlıq Qarabağ problemindən söhbət açılıb. F. Sinirlioğlu Heydər Əliyevin "bir millət iki dövlət” kəlamını xatırladaraq qeyd edib ki, bu gün ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək olur, eyni mövqedən çıxış edirlər.
 
Dağlıq Qarabağ münaqişəsindən danışan F. Sinirlioğlu deyib ki, Türkiyə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün bundan sonra da dəstəyini davam etdirəcək.
 
Söhbət zamanı tərəflər həm Türkiyədə, həm də Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin uğurlu olacağına əminliklərini bildiriblər. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, hər iki ölkənin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol