Daha bir partiya sədri deputatlığa namizədliyini irəli sürdü

Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev yenidən deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə "Report"a S.Hacıyevin hazırda deputat olduğu 88 saylı Göyçay Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov məlumat verib.
O deyib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 88 saylı Dairə Seçki Homissiyasına 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Ləman Hacıyevanın namizədliyini irəli sürüb.
Bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.
1954-cü ildə anadan olan S.Hacıyev 2005-ci ildən deputatdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























