• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: "Partiyanın namizədlərinə alternativ olan YAP üzvləri haqda tədbir görəcəyik"

Siyavuş Novruzov: "Partiyanın namizədlərinə alternativ olan YAP üzvləri haqda tədbir görəcəyik"
29.09.2015 15:20
YAP rəhbərliyi partiyanın qərarına tabe olmayanlara xəbərdarlıq edib

Hakim Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə irəli sürdüyü deputatlığa namizədlərə alternativ olaraq seçkiyə qatılan YAP üzvləri partiyadan çıxarılacaq.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov "Report"a açıqlamasında deyib ki, bununla bağlı partiyanın mövqeyi birmənalı və dəyişməzdir: "YAP üzvü partiyanın rəsmi qaydada irəli sürdüyü namizədə alternativ olaraq deputatlığa namizədliyini irəli sürəcəksə, həmin üzvlərimizlə yolumuz ayrılacaq.

YAP üzvləri partiyanın rəsmən irəli sürdüyü namizədə alternativ olmamalıdırlar. Partiyanın namizədlərinə alternativ olanlarla bağlı tədbir görəcəyik".

YAP-ın 125 seçki dairəsinin 117-dən çox namizəd irəli sürdüyünü xatırladan S.Novruzov bildirib ki, hakim partiyanın bütün namizədləri qeydə alınıb. 

YAP-ın bir neçə üzvü öz təşəbbüsü ilə deputatlığa namizədliklərini irəli sürüb. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP-ın üzvü olan "Azərsutəchizat tikinti" Açıq Səhmdar Cəmiyyətinin sədri Mirzəcan Xəlilovun, 59 saylı Salyan seçki dairəsindən "Çörək" Açıq Səhmdar Cəmiyyətinin direktoru, hakim partiyanın üzvü Yusif Ələkbərovun, 62 saylı Saatlı seçki dairəsindən YAP-çı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Minayə Əliyevanın, 81 saylı Beylaqan seçki dairəsindən işsiz, YAP-ın üzvü Rəşad Əliyevin,  87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP üzvləri-"Real Press" qəzetinin baş redaktoru Raqif Əsgərovun, Ağsu "Su tikinti" ASC-nin hüquqşunası Vidadi Məmmədovun, fiziki şəxs Vüqar Nuriyevin, 109 saylı Balakən seçki dairəsindən təqaüddə olan YAP-çı Məmməd Xanayevin və 112 saylı Qax seçki dairəsindən rayonun təhsil şöbəsinin məsləhətçisi YAP üzvü Hacıxan İsgəndərovun namizədliyi qeydə alınıb. 

YAP rəsmi qaydada 41 saylı Sumqayıt birinci seçki dairəsindən Leyla Abdullayevanın, 59 saylı Salyan seçki dairəsindən İlqar Ağabəyovun, 62 saylı Saatlı seçki dairəsindən Nazim Rəşidovun, 81 saylı Beyləqan seçki dairəsindən Şahin İsmayılovun, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Əlyunis Mütəllimovun, 109 saylı Balakən seçki dairəsindən Nəsib Məhməliyevin və 112 saylı Qax seçki dairəsindən Babək Heydərovun namizədliyini irəli sürüb.

Bundan başqa, YAP-ın rəsmi formada namizəd irəli sürmədiyi 66 saylı Biləsuvar seçki dairəsindən YAP üzvü, rayonun Təhsil Şöbəsinin məsləhətçisi Qəmbərəli Bağırovun da namizədliyi qeydə alınıb. Hakim Partiya bu dairədə Azərbaycan Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyn Kazımlının namizədliyini dəstəkləyir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol