• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İnstitutunun rəhbəri Azərbaycana görə Martin Şultsa etiraz məktubu göndərdi

Avropa İnstitutunun rəhbəri Azərbaycana görə Martin Şultsa etiraz məktubu göndərdi
29.09.2015 18:11
Mathias Dornfeldtun: "Bu cür tədbirlərin görülməsi Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq
 
"Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər narahatedicidir". Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından "Report"a verilən xəbərə görə, bu barədə Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mathias Dornfeldtun Avropa Parlamentinin prezidenti Martin Şultsa ünvanladığı etiraz məktubunda bildirilir.

Məktubda qeyd olunub ki, Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutu imkanları çərçivəsində Almaniya və Xəzər hövzəsi ölkələri arasında beynəlxalq münasibətlərin inkişafına töhfələrini verməyə çalışır: "Biz Azərbaycandakı vəziyyət haqqında tam məlumatlıyıq və deyə bilərik ki, hazırda rüşvətxorluğa (misal üçün ASAN mərkəzlərini göstərmək olar), eləcə də yoxsulluğa qarşı aparılan mübarizədə və ya qadın haqları ilə bağlı məsələlərdə müsbət inkişaf özünü göstərməkdədir. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ölkədə insan haqları sahəsində heç bir inkişafın müşahidə edilmədiyini bildirən qətnamə qəbul etməsinə (2015/2840) təəssüfümüzü bildiririk".

Məktubda bildirilir ki, Azərbaycanda son illərdə başlamış islahatlar prosesi təkcə müxtəlif dinlərin nümayəndələrinin (müsəlman, xristian və yəhudilər) birlikdə sülh şəraitində yaşamasına deyil, eləcə də tələbələrin Qərb universitetləri və şirkətləri ilə mübadilə aparmasına və həmçinin bazar iqtisadiyyatının inkişaf etməsinə şərait yaradıb. 

M.Dornfeldt məktubunda qeyd edib ki, Azərbaycanın apardığı siyasətin birtərəfli tənqid olunması bu inkişaf tendensiyalarını nəinki nəzərə almır, əksinə bu daha çox ikili siyasi standartlar təsəvvürü oyadır: "Buna görə də Avropa Parlamentinə haqlı olaraq 2008-ci ildə nə səbəbə Ermənistana qarşı eyni qətnamənin qəbul olunmamasına dair sual verməlidir. O zaman prezident seçkilərində erməni silahlı qüvvələri tərəfindən on müxalifətçi öldürülmüş və Amnesty İnternational təşkilatının məlumatına görə (Mənbə: www.amnesty.de/jahresbericht/2008/armenien/) 80-dən çox siyasi məhbus, eləcə də bir çox tənqidçi jurnalistlər həbs olunub.

Azərbaycandakı vəziyyəti dəyərləndirərkən Avropa Parlamentinin millət vəkilləri nəzərə almalı idilər ki, bu ölkə regional vəziyyəti və tarixi inkişafındakı çətinliklərə baxmayaraq öz gücü hesabına siyasi və iqtisadi baxımdan sabit ölkə olaraq qərbyönümlü inkişaf etmişdir. Qonşu ölkələrə nəzər salanda bu cür müsbət inkişaf müşahidə edilmir. Azərbaycandan olan dövlət qulluqçularına qarşı məqsədyönlü şəkildə sanksiyaların tətbiq olunması və vizaların verilməməsinə dair tələblər də, həmçinin narahatedicidir. Fikrimizcə, bu cür tədbirlərin görülməsi Azərbaycan və Aİ arasında münasibətlərə uzunmüddətli böyük zərbə olacaq. Xüsusilə bunu çoxlu böhranların nümunəsində görmək olur. Məsələn, Avropa İttifaqı hazırda Ukraynada və Suriyada olan böhranlarla məşğul olduğu bir vaxtda və islamın təsirinin artdığını nəzərə alsaq bizim qənaətimizə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin korlanması Cənubi Qafqazdakı ümumi vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər. Sizdən xahiş edirik ki, bu cür qətnamənin mənfi təsirini düzgün hesablayasınız və Azərbaycan ilə dialoqu pozmayasınız, əksinə davam etdirəsiniz".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol