• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirdi

İlham Əliyev cəbhə xəttində baş verən hadisələrə münasibət bildirdi
30.09.2015 13:24
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, Herbert Salber səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı mərhələsində bəzi məsələlərin və eləcə də regiondakı münaqişənin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana son səfərindən ötən dövr ərzində regionda və eləcə də dünyada bir çox hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmasının vacibliyini qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bildirdi ki, münaqişənin həlli regional sabitlik üçün ən əhəmiyyətli amillərdən biridir. Dövlətimizin başçısı qeyd etdi ki, Ermənistan tərəfinin məqsədi danışıqlar prosesini uzatmaq və mövcud status-kvonu saxlamaqdan ibarətdir. Prezident İlham Əliyev status-kvonun uzun müddət davam etməsinin qəbuledilməz olduğunu və bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən də dəfələrlə bəyan edildiyini vurğuladı. Təmas xəttində baş verən hadisələrə toxunan Prezident İlham Əliyev Ermənistan tərəfinin Azərbaycanı təxribata çəkdiyini vurğuladı. Belə halların Ermənistan tərəfinin taktikası olduğunu qeyd edən dövlətimizin başçısı beynəlxalq vasitəçilərin də bu məsələyə tam ciddiliyi ilə yanaşmadıqlarını deyib. 

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev Avropa İttifaqının bəzi dairələrinin ölkəmizlə bağlı qərəzli mövqeyinin yolverilməz olduğunu bildirdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol