Etibar Hüseynov deputat olmaq istəmir

Deputat Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə E.Hüseynov özünün sosial şəbəkədəki hesabında yazıb:
"Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir.
Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























