Səfir: "Qoşunların təmas xəttindəki gərginliyin aradan qaldırılması vacibdir"

"Son günlərdə və həftələrdə Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində baş verənlərdən narahatıq. Gərginliyin aradan qaldırılması çox vacibdir. Elə ATƏT-in Minsk Qrupu bunun üçündür, bu onların işidir".
"Report" Erməmnistan KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın Yerevandakı səfiri Matias Kisler bildirib.
Diplomat deyib ki, qarşıda duran vəzifə qarşılıqlı anlaşma mühiti yaradıb, gərginliyi zəiflətməkdir: "Bu, münaqişənin dinc yolla tənzimlənməsi üçün vacib nailiyyət ola bilər. Gələn il Almaniya ATƏT-ə sədrlik edəcək. İnanın ki, Almaniya münaqişənin dinc yolla tənzimlənməsi üçün bütün imkanlardan istifadə edəcək".
Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən doğru format ATƏT-in Minsk Qrupudur.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib