Daha bir partiya sədrinin namizədliyi qeydə alındı

"Azadlıq-2015” seçki bloku tərəfindən irəli sürülmüş Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin deputatlığa namizədliyi qeydə alınıb.
AzNews.az xəbər verir ki, bu barədə qərar 15 saylı Yasamal birinci seçki dairəsinin sentyabrın 5-də keçirilmiş iclasında qəbul edilib.
Qeyd edək ki, Ə.Əliyev 2010-cu ildə keçirilmiş parlament seçkilərində də 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























