• $
  • €
  • ₽
  • ₺
  • £

YAP pulsuz efir vaxtından imtina ilə bağlı MSK-ya müraciət etdi

YAP pulsuz efir vaxtından imtina ilə bağlı MSK-ya müraciət etdi
09.10.2015 13:06
Hakim Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində pulsuz efir vaxtından istifadə etməyəcək. 

Bunu "Report"a açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, partiya pulsuz təşviqatdan imtina haqda qərar qəbul edib. S.Novruzovun sözlərinə görə, artıq bununla bağlı müraciəti Mərkəzi Seçki Komissiyasına göndəriblər. 
O xatırladıb ki, bu il keçiriləcək parlament seçkilərində YAP-ın 60-dan artıq seçki dairəsində namizədi qeydə alınıb: "Amma digər partiyalar, seçki bloku 60-dan artıq seçki dairəsində namizədi qeydiyyatdan keçirə bilməyiblər. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi 60-dan çox dairədə namizədimiz qeydə alındığına görə, YAP-a pulsuz efir vaxtı ayrılır, dövri mətbuatda təşviqatın aparılmasına şərait yaradılır. Amma YAP bundan istifadə etməyəcək. Çünki başqa partiyalar və parlament seçkisinə qatılan blok 60-dan artıq dairədən namizəd qeydiyyata aldıra bilmədiklərinə görə pulsuz efir vaxtı hüququ qazana bilməyiblər. Belə olanda da alternativlik olmur. Ona görə də dövlətin ayırdığı ödənişsiz efir vaxtından imtina etmişik".

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təbliğat-təşviqat aparmaq üçün şərait yaradılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol