• $
  • €
  • ₽
  • ₺
  • £

​Oqtay Əsədov Milli Məclisin hesabatını açıqladı

​Oqtay Əsədov Milli Məclisin hesabatını açıqladı
13.10.2015 14:16
 "Son 10 il ərzində Azərbaycan Milli Məclsinin 266 iclası keçirilib".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron seçki dairəsindən namizədi Oqtay Əsədov partiyanın rəsmi saytına müsahibəsində bildirib.

O qeyd edib ki, ötən 10 ildə parlamentdə 2516 qanun və qərar qəbul olunub: "Onlardan 6-sı Konstitusiya qanunu, 23-ü Konstitusiya qanununa dəyişikliklər, 263-ü qanun, 1363-ü qanuna dəyişikliklər və əlavələr, 301-i isə qərardır. Parlament mənim sədrliyim dövründə 560 beynəlxalq müqavilə və konvensiyanı qanunla təsdiq edib".
Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycanın bütün sahələr üzrə hüquqi bazası mövcuddur: "Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir".

O.Əsədov vurğulayıb ki, parlament bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının tam hüquqlu, NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Milli Məclis digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Beynəlxalq əməkdaşlıq müstəvisində aparılan bu siyasət artıq öz bəhrələrini verməkdədir. Heç də təsadüfi deyil ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı soyqırımını tanımışlar. Bütün bunlar Azərbaycan parlament diplomatiyasının uğurlarından xəbər verir".

Parlamentdə 80-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradıldığını deyən spiker bildirib ki, bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayırlar.

O.Əsədov qeyd edib ki, bu ilin noyabrın 1-də yeni seçiləcək V çağırış Milli Məclis də öz sələfi kimi qarşıda dayanan hədəflərə çatmaq naminə ölkə Prezidentinin yürütdüyü siyasəti lazımınca dəstəkləyəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol