• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadə sosial müdafiəni gücləndirməyi təklif etdi

Asim Mollazadə sosial müdafiəni gücləndirməyi təklif etdi
14.10.2015 17:20
 
Sahibkarların müdafiəsini təmin etmək və onları məmur özbaşınalığından qorumaq üçün biz onların fəaliyyətinin "ASAN xidmət” vasitəsilə tənzimlənməsinə çalışmalıyıq.

Bu fikri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə parlamentdə keçirilən 2016-cı il dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirib.
Millət vəkilinin sözlərinə görə, ölkənin inkişafı üçün kiçik və orta sahibkarlığın inkişafı dəstəklənməli, sahibkarların müdafiəsi məqsədilə "ASAN xidmət”in fəaliyyəti genişləndirilməlidir. "Biz kiçik və orta sahibkarlığı inkişaf etdirmədən ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail ola bilməyəcəyik. Əgər biz bu sahənin inkişafını istəyiriksə, o zaman sahibkarların məmur özbaşınalığından, çoxsaylı yoxlamalardan xilas edilməsi istiqamətində real addımlar atmalıyıq. Sözdən real işə keçməyin vaxtıdır.” – deyə Asim Mollazadə bildirib. 

Büdcənin sosialyönümlü olduğunu vurğulayan millət vəkili, gələn ildə də sosial proqramların həyata keçiriləcəyinə, bu sahədəki problemlərin azalacağına ümid etdiyini deyib: "Büdcənin sosialyönümlü olduğunu nəzərə alaraq təklif edirəm ki, müharibə veteranları və şəhid ailələrinə olan diqqət artırılsın, onların problemləri həll edilsin. Yadda saxlamalıyıq ki, hələ də ölkəmizə qarşı aparılan müharibə bitməyib. Torpaqlarımız uğrunda qan tökmüş və canlarını vermiş insanlara diqqət yetirməli, onların sosial müdafiəsini gücləndirməliyik.”

A.Mollazadə indiyədək turizm, otelçilik sahəsinə yatırılan sərmayələrdən gəlir əldə etməyin vaxtı çatdığını da xatırladıb: "Ölkədə çox ciddi investisiya layihələri həyat keçirilib. Biz bunun büdcədə əksini görməli idik, amma görmədik. Bu sahənin inkişafı üçün təhsil sahəsində islahatlara ciddi ehtiyac var. Biz ancaq peşəkar kadrların köməyilə yatırılan sərmayələr nəticəsində əldə edilən gəlirləri büdcəyə qaytara bilərik. Ona görə də, peşə təhsilinə, ali təhsil ocaqlarında peşəkar kadrların hazırlanmasına diqqət yetirməliyk. Necə ki, belə gənc kadrlar hesabına "ASAN xidmət” öz effektini verir. Peşəkar kadrlar olmadan biz iqtisadiyyatın effektiv şaxələnməsinə nail ola bilməyəcəyik.” 

Millət vəkili çıxışında kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinin zəruri olduğunu, bunun üçün müasir texnologiyaların tətbiq edilməsinin vacibliyini də qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol