Aslan İsmayılov deputatlığa namizədliyini geri götürdü

Tanınmış hüquqşunas Aslan İsmayılov Milli Məclisə sçkilərdə namizədliyini geri götürdüyünü bəyan edib.
Modern.az saytı bildirir ki, A.İsmayılov bununla bağlı videomüraciət yayımlayıb.
O, seçkilərin şəffaf keçiriləcəyinə ciddi şübhə ilə yanaşdığını əsas gətirərək, bu marafonda iştirakdan imtina etdiyini söyləyib.
A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılmışdı.
20 saylı Nərimanov ikinci seçki dairəsində əsas namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























